Ermənistan daha 23 itkisini açıqladı


16:50     19 Noyabr 2020 ermeni_herbci.jpg

Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 23 hərbçinin adını açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1528-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü açıqlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 411