Həftəsonu bu sahələrin fəaliyyətinə icazə verilir


16:52     19 Noyabr 2020 nazirler%20kabinettiii.jpg

Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir.

Femida.az xəbər verir ki, bu fəaliyyət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarına 1 nömrəli əlavədə müəyyənləşdirilib.

Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları;

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.

Femida.az

Açar sözlər:

Oxunub: 525