Lavrov: "Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub"


17:05     19 Noyabr 2020 lavrov_25.jpg


Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub.

Femida.az - ın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

“Mən hesab etmirəm ki, məsələ ABŞ-ın iştirakı olmadan həllini tapıb. Çünki üç həmsədr dövlətin – Rusiya, Fransa, ABŞ -, mövqeləri noyabr razılaşmasından əvvəl prezidentlər, nazirlər, həmsədr ölkələrin xüsusi nümayəndələri səviyyəsində dəfələrlə bəyan edildi. Bu mövqe qan tökülməsinin dərhal dayandırılması və atəşkəsə nəzarət mexanizminin hazırlanmasından ibarət idi".

Onun sözlərinə görə, Dövlət Departamentinin məlumat çatışmazlığı ilə bağlı açıqlamaları təəssüf doğurur.

Femida.az

Açar sözlər:

Oxunub: 251