DSMF-də növbəti təlim keçirildi


17:30     19 Noyabr 2020 2020/11/fsfs_1605793093.jpeg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) gənc kadrların peşəkarlığının artırılması məqsədilə növbəti təlim Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının gənc əməkdaşları üçün təşkil olunub.

Onlara ünvanlı dövlət sosial yardımı proqramının hüquqi, iqtisadi və təşkilati əsasları ilə bağlı ətraflı məlumatlar verilib. Aztəminatlı ailələri əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin əsas prinsipləri (ünvanlılıq, ədalətlilik, bərabərlik) onlara ətraflı izah olunub, proqramın icrası zamanı bu prinsiplərə daim ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Təlim iştirakçılarının sualları da cavablandırılıb.

Öz fəaliyyət sahəsi üzrə bilikli və peşəkar mütəxəssis hazırlığının təmin olunması məqsədi ilə bu təlimlər qarşıdakı dövrdə də davam etdiriləcək.



Femida.az

Açar sözlər: #DSMF  

Oxunub: 724