Abşeronda partlayış olub, xəsarət alanlar var


18:00     19 Noyabr 2020 20_11_19_1605794608.jpg

Abşeronda sexdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Femida.az-a bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.

Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Açar sözlər:

Oxunub: 394