Son 3 gündə 300-dən çox fərdi yaşayış evi qazlaşdırılıb
18:26 19 Noyabr 2020
Ölkə ərazisində havaların getdikcə soyumasını nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi dövlət proqramına uyğun olaraq, qazlaşdırma işləri başa çatmış bir neçə ucqar kəndə və yaşayış massivinə təbii qazın verilişini tezləşdirib.
Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, son 3 gün ərzində Şəmkir rayonunun Aşağı Çaykənd kəndinə, “SMU-28” adlanan əraziyə və Şəmkir-Dəllər yolunun sol tərəfində yerləşən əraziyə, həmçinin Ağstafa rayonunun Dağ Kəsəmən, Samux rayonunun Sərkar və Tovuz rayonunun Cirdək kəndlərinə təbii qaz verilişi təmin olunub.
Aşağı Çaykənd kəndində 63 fərdi yaşayış evinin qazlaşdırılması üçün ümumi uzunluğu 7 318 metr, “SMU-28” adlanan ərazidə və Şəmkir-Dəllər yolunun sol tərəfində yerləşən ərazidəki 64 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 962 metr, Dağ Kəsəmən kəndində 88 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 652 metr, Sərkar kəndində 104 fərdi yaşayış evinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 16 685 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Oxunub: 406
Oxşar xəbərlər
- Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
- Son sutkada daha 19 nəfər koronavirusa yoluxub
- Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Son iki gündə 3 yol qəzası baş verib, iki nəfər ölüb
- Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
- Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb
- Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
- Son 20 gündə Azərbaycanda narkotikə görə 38 nəfər həbs edilib
- Son 2 ildə Azərbaycanda psixi pozuntusu olan şəxslər 14 qətl hadisəsi törədib - RƏSMİ