İran XİN başçısı Azərbaycana səfər edəcək


20:18     19 Noyabr 2020 20_11_19_1605802756.jpg

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Femida.az -ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.

"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".

S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər .Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.

Açar sözlər:

Oxunub: 355