Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
20:52 19 Noyabr 2020
Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir.
Nazirlikdən Femida.az-a bildirilib ki, cari ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.
Bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir.
Qeyd edək ki, proqramla əhatə olunanlar həssas qruplardan biri olan əlilliyi olan şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.
Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas istqiamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstklənməsi işləri aparılır.
Oxunub: 397
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"