"İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi


21:12     19 Noyabr 2020 20_11_19_1605806143.jpg

Ermənistan DTX bir qədər öncə general-polkovnik Movses Akopyanı saxlayıb.

Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, generalın saxlanılmasına səbəb mətbuata verdiyi açıqlama olub.

O deyib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı "İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

"Bu raketlərdən ("İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd etmişdi.

Açar sözlər:

Oxunub: 585


Oxşar xəbərlər