Oğuzda avtomobil aşıb, xəsarət alanlar var


09:25     20 Noyabr 2020 20_11_20_1605850012.jpg

Oğuzda yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, rayonun Dəymədağlı kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Nicat Novruz oğlunun idarə etdiyi "VAZ-2109" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişin, rayonun Tərkeş kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Muxtar Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 399