Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb


11:12     20 Noyabr 2020 2020/11/167546a6-11df-3053-92ec-20573b53c8d8_850_1605854820.jpg

Ermənistanda pilotsuz uçan aparatların sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək.

Femida.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.

“Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb. O, PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra PUA yerə düşüb. Məsələ ilə bağlı nazirlikdən şərh vermədiklərini bildiriblər”, - məqalədə qeyd olunub.

Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.

Açar sözlər:

Oxunub: 418