XİN rəsmisi: “Ağdamın geri dönüşü mübarək”


11:32     20 Noyabr 2020 20_11_20_1605855658.jpg

“27 illik Ağdam həsrətinə son qoyuldu. Vətənimizin füsunkar torpağının geri dönüşü mübarək”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tvitterdə yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Açar sözlər:

Oxunub: 377