Əli Əsədovun qohumu şəhid olub


11:52     20 Noyabr 2020 20_11_20_1605857785.jpg

Azərbaycanın Baş naziri Əli Əsədovun qohumu, baş leytenant İbrahimli Adil Əsəm oğlu Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Femida.az xəbər verir ki, bu barədə "haqqin.az" məlumat yayıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun yeddi qohumu Vətən müharibəsində birbaşa iştirak edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etmişdi.

Açar sözlər:

Oxunub: 1263