“ASAN xidmət” vətəndaşlara müraciət edib


12:50     20 Noyabr 2020 20_11_20_1605860010.jpg

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 21- 22, 28- 29 noyabr və 5-6, 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Xidmətdən Femida.az-a bildirilib ki, 21- 22 noyabr tarixləri üçün isə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Açar sözlər:

Oxunub: 447