Türkiyədə COVID-19-a qarşı vaksinin sınağı keçiriləcək


13:42     20 Noyabr 2020 20_11_20_1605862673.jpg

Çinin “Sinovac” firmasının istehsal etdiyi koronavirusa qarşı “CoronaVac” vaksini Türkiyədə 700-dən çox səhiyyə işçisinin üzərində sınaqdan keçiriləcək.

Femida.az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Türkiyənin Diclə Universiteti Yoluxucu xəstəliklər şöbəsini müdiri və əyalət pandemiya heyətinin üzvü professor, doktor Mustafa Kamal Çelen bildirib ki, könüllülər üzərində 14 mərkəzdə sınaq aparılacaq. Onun sözlərinə görə, sınaqda iştirak edəcək könüllü 18-59 yaş arasında olmalıdır.

Yeri gəlmişkən, Avropa İttifaqı ilə “Pfizer/BioNTech” arasında əldə edilən razılığa görə COVID-19-a vaksini 300 milyon doza qarşılığında birlik şirkətə 4,65 milyard avro ödəyəcək. Bu isə bir dozanın 15,5 avroya başa gəlməsi deməkdir.

Qeyd edək ki, bu vaksini əslən türkiyəli alim Uğur Şahin hazırlayıb. “BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.

Xatırladaq ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19 ilə mübarizə üçün üçün 95 faiz effektiv olduğunu elan edib.

Açar sözlər:

Oxunub: 166