Xocavəndin Tsakuri kəndinin adı dəyişdirildi


13:16     20 Noyabr 2020 2020/11/5ae67054-e08c-3c2b-9f24-cfa8d300ed29_850_1605862860.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Femida.az -ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 205