ANS MTRŞ-ni Ali Məhkəməyə verdi


21:23     16 Dekabr 2015 be75d4c0-6292-4ada-9a98-eed7caeffa04.jpg

NS Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişməsi davam edir. Şirkət bu dəfə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib.


Femida.az xəbər verir ki, bu barədə "Report"a ANS-in hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub: "Biz bir neçə gündür ki, Ali Məhkəməyə şikayət göndərmişik. Lakin hazırda məhkəmənin tarixi bəlli deyil".
Qeyd edək ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

ANS həmin qərarın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə teleradio şirkətinin apellyasiya şikayətini təmin etməyib.

Açar sözlər:

Oxunub: 865