Azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarla əlaqədar AİHM-ə sorğu göndərilib


15:52     20 Noyabr 2020 20_11_20_1605875729.jpg

“Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə adıçəkilən hərbi əsirlərimizə qarşı qeyri-insani rəftarı əks etdirən kadrlar yayılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1130