Ermənistanın yeni müdafiə naziri bu şəxs oldu


16:06     20 Noyabr 2020 2020/11/16058-1605867963_1605875820.jpg

Ermənistan prezidenti Armen Sarkisyan ölkəyə yeni müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Femida.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib.

Arutyunyan daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutub. 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın müdafiə naziri Davit Tonoyan olub. O, bu gün vəzifəsindən istefa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 281