“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təsdiqlənib


18:20     20 Noyabr 2020 prezident1_1500905288.jpg

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Femida.az bildirir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.

Qanunda yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna hesab olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 491