Bakıda ticarət mərkəzindən oğurluq olub


19:28     20 Noyabr 2020 2020/11/1605863294506_Kbcsl0aP_1605882548.jpeg

Bakıda geyim əşyaları oğurlanıb.

Femida.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, noyabrın 19-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birində yerləşən mağazanın qarşısından 470 manat dəyərində geyim əşyaları oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş E.Bağırov saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 397