Ağdamın işğaldan azad olunması qeyd edildi - VİDEO


19:51     20 Noyabr 2020 2020/11/126122948_666755897320040_1546956252067824094_n_1605883496.jpg

Ağdam rayonunun 27 ildən sonra işğaldan azad edilməsi ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.

Femida.az
Azvision.az-a istinadən xəbər evrir ki, tarixi qələbə münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai xadimlər, yüzlərlə ağdamlı məcburi köçkün Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş soydaşlarımızın ruhuna dualar oxuyub, dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildiriblər.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Femida.az həmin görüntüləri təqdim edir:

Açar sözlər:

Oxunub: 495