Sülhməramlıların Qarabağda yerləşdirilməsi yekunlaşdı
21:38 20 Noyabr 2020
Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi prosesi yekunlaşıb.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.
Nazir qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb. Onun sözlərinə görə, sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- Sülhməramlıların mandatı barədə Hikmət Hacıyevdən - Açıqlama
- Sülhməramlıların müşayiəti ilə tikinti materialları Şuşaya çatdırıldı
- Sülhməramlıların komandanından Qarabağla bağlı AÇIQLAMA
- Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq
- Sülhməramlıların bir qrupu Bakıya qayıdıb - VİDEO
- Sülhməramlılarının bir qrupu Vətənə qayıdıb - Əfqanıstandan
- Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı