Rusiya Qarabağa nümayəndə heyəti göndərir


22:06     20 Noyabr 2020 556vvp_putin.jpg

"Rusiya Dağlıq Qarabağda humanitar problemlərin həllində YUNESKO-nun və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) qoşulmasına ümid bəsləyir. Xüsusilə həm Azərbaycan, həm də erməni tarixi abidələrinin və dini ziyarətgahların qorunması barədə demək istərdim. Bu məsələ vacib bir əxlaqi, insani ölçüyə sahibdir".

Femida.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı sülhməramlı missiya ilə bağlı müşavirədə deyib.

Putin bildirib ki, Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağda humanitar məsələlər daxil olmaqla aktual problemləri həll etmək üçün nümayəndə heyəti göndərəcək.

Bundan əlavə, Rusiya lideri Ermənistan və Azərbaycan rəhbərləri ilə davamlı təmasda olduğunu vurğulayıb.

"Hər iki liderlə bir sıra nazirlik və qurumların rəhbərlərindən ibarət Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda Ermənistana və Azərbaycana göndəriləcəyinə dair razılığa gəldik", - deyə Putin qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 406