Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
09:44 21 Noyabr 2020
Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib.
Femida.az -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Bununla belə, son günlər COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, bu gündən aşağıdakı qadağalar tətbiq edilib:
- Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb;
- Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb;
- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb;
- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb;
- 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Qərarda qeyd olunur ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.
Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.
Operativ Qərargah bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırır.
Oxunub: 553
Oxşar xəbərlər
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb