Bakıda gənc oğlanı avtomobil vurub


10:42     21 Noyabr 2020 piyada_olumu_233.jpg

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Bülbül prospektində baş verib.

99-MM-792 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Xəlilzadə Mirhüseyn Üzeyir oğlunu vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 373