Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanı Kralı G20 sammitini müzakirə ediblər


11:32     21 Noyabr 2020 20_11_21_1605939946.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səudla telefon danışığı aparıb.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Tərəflər ikitərəfli münasibətlər barəsində fikir mübadiləsi aparıblar.

Həmçinin Səudiyyə Ərəbistanı sədrlik edəcəyi "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin qarşıdakı sammitinə aid olan məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan və kral Salman ikitərəfli münasibətlərin yaxşılaşması və ölkələr arasındakı mövcud problemlərin nizama salınması məqsədi ilə açıq dialoq kanallarını saxlamağı razılaşdırıblar.

Açar sözlər:

Oxunub: 229