Nardaranda qəbristanlıqda silah-sursat tapılıb


14:20     21 Noyabr 2020 polis%20nardaran.jpg

Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Femida.az-a bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.


Femida.az

Açar sözlər:

Oxunub: 581