Avropa Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirildi


14:33     21 Noyabr 2020 2020/11/06B84674-5FCE-42DB-A1AB-90BF2074C75C_1605955567.jpeg

Dövlət Gömrük Komitəsinin (DGK) sədrliyi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirilib.

Komitədən Femida.az -a verilən məlumata görə, qurumun sədri Səfər Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində açılış nitqi ilə çıxış edib.

O, koronavirus (COVID-19) epidemiyasının yaratdığı çətinliklərə baxmayaraq, regional və beynəlxalq maraqları nəzərə alaraq ticarətin inkişafı, gömrük işinin səmərəli təşkili məqsədilə region ölkələrinin bu konfransda iştirakını əzmkarlığın, qarşılıqlı əməkdaşlığın təzahürü kimi qiymətləndirib və təşəkkürünü bildirib.

ÜGT-nin Avropa Regionunda iqtisadi inkişafın, beynəlxalq ticarət-təchizat zəncirinin davamlığının və təhlükəsizliyinin təmin edilməsinin bölgədəki siyasi, iqtisadi və sosial problemlərdən asılı olduğunu vurğulayan S. Mehdiyev Azərbaycanın sülhün və sabitliyin qorunmasına yönələn bütün addımları dəstəklədiyini bildirib. Komitə sədri bu il Azərbaycanın yalnız koronavirusla deyil, Ermənistanın təcavüzkar siyasətilə də mübarizə apardığını ÜGT-nin Avropa Regionunun 52 ölkəsinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırıb.

S. Mehdiyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktını həyata keçirib. Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək və öz mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri görməyə məcbur olub.

Femida.az

Açar sözlər:

Oxunub: 196