İranın XİN rəhbəri Ermənistana səfər edəcək


14:47     21 Noyabr 2020 zerif1.jpg

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ermənistana səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Seyid Xatibzadə bildirib.

Onun sözlərinə görə, Zərifin Ermənistana səfəri nəzərdən keçirilir və onun yaxın gələcəkdə yeni təyin olunmuş erməni həmkarı Ara Ayvazyan ilə görüşü planlaşdırılır.

Səfər zamanı regional məsələlər və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacq.

Xatırladaq ki, Zərif gələn həftə Azəraycana, daha sonra Rusiyaya səfər edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 460