"Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir" - Lavrov


14:54     21 Noyabr 2020 lavrov5.jpg


Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda Dağlıq Qarabağla bağlı bəyanatını şübhə altına almaq cəhdləri qəbuledilməzdir.


Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfərinin yekunlarına dair bildirib.

O deyib ki, əsas diqqəti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması, sülhməramlı missiya və digər məsələləri əhatə edən 9 noyabr tarixli bəyanatını tam şəkildə və dəqiq yerinə yetirlməsinə yönəldi.

“Bu bəyanatın yalnız ölkə daxilində deyil, xaricdə də şübhə altına alınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə qeyd olundu”.

Femida.az

Açar sözlər:

Oxunub: 492


Oxşar xəbərlər