Karantin rejiminə nəzarət gücləndiriləcək


15:27     21 Noyabr 2020 2020/06/karantin-1_1591265624.jpg

Koronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə, bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndiriləcək.

Femida.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində qərar qəbul edilib.

Qərara əsasən, bu sahədə maarifçilik işi genişləndiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 587