Lavrov da Bakıya gəldi


16:24     21 Noyabr 2020 lavrov%20etiraff.jpg

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun da daxil olduğu Rusiya qurumlararası nümayəndə heyəti Bakıya gəlib.


Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Lavrovdan əlavə, nümayəndə heyətinə Rusiyanın səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Overçuk və digərləri daxildir.

Daha əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da Bakıya gəlib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Bakı səfərindən öncə İrəvanda olub, Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 569