Nərimanovda avtomobil evakuatorla toqquşdu


09:41     22 Noyabr 2020 20_11_22_1606023793.jpg

Bu gecə paytaxtda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1986-cı il təvəllüdlü Babayev Pərviz Əlisahib oğlu idarəetməni itirərək avtomobilini evakuatora çırpıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 555