Tramp seçkilərdə Baydenin qalib gəlmədiyini növbəti dəfə iddia edib


11:28     22 Noyabr 2020 2020/11/1606022252307_TdXDy3LM_1606028944.jpg

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlıya yol verildiyi barədə məlumatlara malik olduqlarını bəyan edib.

Femida.az -ın məlumatına görə, D. Tramp “Twitter” hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.

ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: “Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.

Açar sözlər:

Oxunub: 413