Türkiyə hərbçiləri Qarabağda 1 il qalacaq


13:36     22 Noyabr 2020 Türk-Askeri-www.etkiliyazar.com_.jpg

Türkiyə hərbçiləri Dağlıq Qarabağda Rusiya ilə birgə yaradılacaq Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixində atəşkəs elan edilib. Atəşkəsə nəzarət məqsədilə Türkiyə və Rusiya birgə Monitorinq Mərkəzi yaradacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


Femida.az

Açar sözlər:

Oxunub: 451