Ağsuda yanğın hadisəsi baş verib


14:51     22 Noyabr 2020 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Ağsu şəhərində yanğın olub.

Hadisə Ağsu şəhərindəki Dədə Qorqud küçəsində, Şəlalə Dadaşovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu Yanğından Mühafizə Hissəsindən “Reporta” verilən məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən maşın və 13 nəfər şəxsi heyət gəlib. Yanğın bir saat ərzində tamamilə söndürülüb.

Hadisə nəticəsində 286 kvadratmetr sahəyə malik evin 63 kvadratmetri, o cümlədən 48 kvadratmetrlik 2 otaq, 15 kvadratmetr dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 482