Hikmət Hacıyev: “Diplomatları Füzuliyə gətirdik ki, erməni vəhşiliyini öz gözləri ilə görsünlər”


16:17     22 Noyabr 2020 2020/08/hikmet_hac_1596530069.jpg

“Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları bura - Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.

Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, bu səfər əvvəllər mümkün deyildi: “Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burda hər şeyi darmadağın ediblər. Diplomatları bura ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik. İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir".

Femida.az

Açar sözlər:

Oxunub: 409