Səfir: "Füzulidə tamamilə dağılmış ərazilər gördük"


18:34     22 Noyabr 2020 20_11_22_1606055808.jpg


“Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük”.


Femida.az-ın məlumatına görə, bunu bu gün işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Səfir deyib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bunun Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi cinayət kimi dəyərləndirilməsinə gəlincə, R. Poborski qeyd edib ki, bu, faktlarla təsdiq olunmalıdır: “Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 476