Astarada 54 yaşlı kişi çayda batdı


09:35     23 Noyabr 2020 big_1404314237_bogulma.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun batması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 378