Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
11:30 23 Noyabr 2020

Rusiya Müdafiə Nazirliyinin Mina Əleyhinə Mərkəzinin mütəxəssisləri Qarabağa gəlib.
Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzindən mütəxəssislər, texnika və silahlar, eləcə də xidməti itlər Çkalovski aerodromundan Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyanın An-124, Il-76 və Tu-154 təyyarələri vasitəsilə Yerevan aeroportuna çatdırılıb.
Bölgədəki sülhməramlı əməliyyat zonasında həyata keçiriləcək əməliyyatlara 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən "Uran-6" minalardan təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları və zirehli texnika cəlb edilib.
Hərbi personal və texnika İrəvan - Gorus - Xankəndi marşrutu boyunca hərəkət edəcək və təyinat məntəqəsinə çatdıqdan sonra Qarabağın münaqişədən ən çox zərər görən ərazilərində mühəndis kəşfiyyatı, minaların təmizlənməsi və partlayıcı maddələrin məhv edilməsinə başlanılacaq.
Femida.az
Oxunub: 264
Oxşar xəbərlər
- Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
- Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb
- Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib
- Rusiyadan daha 192 azərbaycanlı ölkəyə gətirildi
- Rusiyadan yenə Azərbaycan vətəndaşları təxliyə edildi
- Rusiyadan daha 250 Azərbaycan vətəndaşı Vətənə gətirildi - FOTO
- Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edilib
- Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir
- Rusiyadan qayıda bilməyən azərbaycanlılar üçün yerləşmə məntəqəsi açılacaq
- Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var - RƏSMİ