Koronavirus xəstəsi ət satarkən yaxalandı
13:12 23 Noyabr 2020
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.
M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulan qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb. İşlədiyi mağaza isə Qida Təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.
COVID-19 infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Koronavirusun insan beyninə təsiri məlum olub
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb