"70-ə yaxın dövlətin ədliyyə nazirlərini erməni cinayətləri ilə bağlı məlumatlandırmışıq" - Fikrət Məmmədov
13:26 23 Noyabr 2020

"Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri onun beynəlxalq hüquqi məsuliyyətini doğurur və qeyd edilən cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını zəruri edir".
Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə naziri Fikrət Məmmədov deyib. O, bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib:
"Tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanıb, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanıb.
Həmçinin, bu günlərdə Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb".
Amin Nəzərli
Femida.az
Oxunub: 328
Oxşar xəbərlər
- Ədliyyə naziri: “Qanunsuz ayrılan 8 200 hektardan artıq torpaq geri qaytarılıb”
- Son 5 ildə 200 cinayətkar Azərbaycana ekstradisiya olunub
- Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq səmərə verir
- Ədliyyə Nazirliyində qələbəyə həsr olunan kollegiya iclası keçirilib
- Ədliyyə işçiləri və hakimlərdən “YAŞAT”a dəstək
- Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsinə başlanılıb
- Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir
- Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanlayıb
- Ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib