Ədliyyə işçiləri orduya daha 900 min manat ianə edib
13:37 23 Noyabr 2020

"Böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əmək haqları fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürüblər.
Təbii ki, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusu üçün edilən bu təşəbbüs hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Peşə bayramı ərəfəsində işçilərimiz və hakimlər tərəfindən növbəti dəfə əmək haqlarından 900 min manatdan çox ianə edilib".
Femida.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.
"Həmçinin ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq zəruri tədbirlər görülür. Eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilib", - deyə nazir qeyd edib.
Amin Nəzərli
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyinin İcra baş idarəsində struktur dəyişikliyi olub
- 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - 10 cinayət işi açılıb
- Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb
- Həbsdə olan şəhid ailələrinin üzvləri azadlığa buraxılıb
- Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq edilib
- Ötən il Azərbaycanda 130 minə yaxın uşaq doğulub
- Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb
- Azərbaycanda 8 mindən çox şəxs azadlığa buraxılıb
- "Şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində keçirilə bilər"
- Ötən il xaricdən 5 məhkum Azərbaycana ekstradisiya olunub