Notariat əməliyyatları nəticəsində dövlət büdcəsinə 6,5 milyon manat köçürülüb


14:08     23 Noyabr 2020 20_11_23_1606126373.jpg


Fəaliyyətin pandemiya şəraitində təşkilinə baxmayaraq, Azərbaycan ədliyyəsinin inkişafı üzrə tədbirlər də davam etdirilib, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlət başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr nazirliyin videoformatda keçirilən Kollegiya iclaslarında, ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilib, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilib, o cümlədən nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilib.

Femida.az verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

"Cari ildə nazirlik tərəfindən 1.600-dən çox qanunvericilik aktı layihəsi hazırlanıb, 2.800-dən artıq normativ sənəd layihəsinə rəy verilib, 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb", - deyə nazir qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #notariat   #ədliyyə  

Oxunub: 1690