Notariat əməliyyatları nəticəsində dövlət büdcəsinə 6,5 milyon manat köçürülüb
14:08 23 Noyabr 2020

Fəaliyyətin pandemiya şəraitində təşkilinə baxmayaraq, Azərbaycan ədliyyəsinin inkişafı üzrə tədbirlər də davam etdirilib, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlət başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr nazirliyin videoformatda keçirilən Kollegiya iclaslarında, ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilib, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilib, o cümlədən nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilib.
Femida.az verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.
"Cari ildə nazirlik tərəfindən 1.600-dən çox qanunvericilik aktı layihəsi hazırlanıb, 2.800-dən artıq normativ sənəd layihəsinə rəy verilib, 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb", - deyə nazir qeyd edib.
Amin Nəzərli
Femida.az
Oxunub: 1178
Oxşar xəbərlər
- Azərbaycanda mobil telefonla 20 min notariat hərəkəti yerinə yetirilib
- Notariat ofisinə gedə bilməyən vətəndaşlara evində səyyar xidmət göstərilir
- "Bağışlanan əmlakı geri almaq üçün istisna hallar var" - Notariat Palatasının sədri
- Ədliyyə Nazirliyi dövlət büdcəsinə 20 mln. manata yaxın vəsait köçürüb - 6 ayda
- Daşınmaz əmlaka sərəncam verilməsində depozit hesabından istifadənin üstünlükləri və təminatları
- Karantinin sonunadək Bakıda fəaliyyət göstərəcək notariusların SİYAHISI
- "Mobil notariat" proqramına daha bir xidmət əlavə olundu - Dərmana ehtiyacı olanlar üçün
- Qeydiyyat və notariat xidmətləri ilə bağlı əhalinin nəzərinə!
- Vəkillərə mobil telefonla etibarnamə vermək mümkün oldu
- "Mobil notariat" istifadəçilərinin sayı 30 mini ötüb