İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib


14:14     23 Noyabr 2020 20_11_23_1606126751.jpg


"Məhkəmə qərarlarının icrası, alternativ, o cümlədən özəl icra institutunun tətbiqi üzrə tədbirlər davam etdirilib, bu sahədə zəruri təhlillər aparılıb və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulub".

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

O, qeyd edib ki, cari ildə 375 min icra sənədinin icrası təmin edilib:

"610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanıb.

Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 24 min rəy və arayış verilib, bələdiyyələrin 67 mindən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 7.600 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar prokurorluğa göndərilib".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #icra  

Oxunub: 1825