Əsir götürülən azərbaycanlı hərbçilərdən YENİ XƏBƏR


14:35     23 Noyabr 2020 20_11_23_1606127834.jpg


Erməni hərbçiləri tərəfindən əsir götürülən iki azərbaycanlı gənclər - Amin Musayev və Bayram Kərimov sağdırlar.

Femida.az xəbər verir ki, bu barədə məlumat “Anna News”un teleqram kanalında verilib.

Məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri onlarla görüş keçirib.

Xatırladaq ki, A.Musayev və B.Kərimovun döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1209