Baş Prokurorluqdan Ohanyan AÇIQLAMASI


16:57     23 Noyabr 2020 20_11_23_1606136282.jpg


Azərbaycanın Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından olan general Seyran Ohanyanın axtarışa verilməsi ilə bağlı məlumata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.

Femida.az

Açar sözlər: #Ohanyan  

Oxunub: 693