SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
18:19 23 Noyabr 2020
İyul ayından etibarən SOCAR-ın dəniz platformalarında COVID-19 xəstəliyinə yoluxmaların sayı kəskin azalıb və kütləvi yoluxma halları müşahidə olunmur. Yoluxma hallarının əksəriyyəti karantin müddətində keçirilən birinci və ya təkrar test nəticəsində aşkarlanır.
Bunu Femida.az -a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Qeyd edim ki, iyul ayına qədər SOCAR üzrə dəniz platformalarında iş növbəsindən əvvəl təyin edilən karantin müddəti 3 gün olub və belə olan halda kütləvi yoluxmalar müşahidə olunurdu. Bunun qarşısını almaq üçün karantin müddəti 7 günə qədər uzadıldı və nəticədə platformalarda yoluxma hallarının sayı da aşağı düşdü. Karantin müddətinin 7 günə qədər olması ÜST, eləcə də neft hasil edən şirkətlərin təşkilatlarının tövsiyyələrinə uyğundur və SOCAR-da olduqca müsbət nəticə verib”, - deyə İ.Əhmədov bildirib.
O həmçinin əlavə edib ki, SOCAR-da dənizdə çalışan işçilərin sayı çox olduğuna görə hər karantindən sonra dənizdə bir aylıq iş növbəsinin tətbiq olunması logistik zərurətdən irəli gəlir: “İşçilərimizin iş şəraitinin rahatlaşdırılması üçün şirkətin sərəncamında olan bütün imkanlar səfərbər olunur. Hazırda Covid-19 yoluxmaların sayını azaltmaq, cəmiyyət olaraq, ən ümdə vəzifələrimizdəndir. Lakin qarşıdakı dövrdə mümkün olan kimi işçilərin növbə müddətinin pandemiyadan əvvəlki rejimə qaytarılması nəzərdən keçiriləcək.”
Oxunub: 450
Oxşar xəbərlər
- SOCAR: "İnternetlə qazanc əldə etmək imkanları təklif etmirik"
- SOCAR: "Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib"
- SOCAR: Türkiyədə ikinci zavodun inşasına dair qərar gələn il qəbul ediləcək
- SOCAR: TAP kommersiya əməliyyatlarına başlayır
- SOCAR: Azərbaycan öz qazını Avropaya çatdırmaq planlarından çəkinməyəcək
- SOCAR: BTC kəməri fəaliyyətini davam etdirir
- SOCAR: Yanacaqla bağlı narahatlığa əsas yoxdur
- SOCAR: Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edilib
- SOCAR: 700-ə yaxın işçi dənizdən təxliyyə edilib
- SOCAR: Səngəçaldakı yanğın söndürülüb